Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Teatrda yeni tamaşalar hazırlanacaq

Teatrda yeni tamaşalar hazırlanacaq

Tarix: 16 Yanvar 2016 10:21

İrəvan Dövlət Azərbaycan Dram Teatrında 2016-cı ildə bir sıra yeni tamaşalar hazırlanacaq.

Teatrdan Axşam.az-a bildiriblər ki, Anton Pavloviç Çexovun “Ayı” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya teatrın aktyoru Nicat Mirzəzadə quruluş verəcək. Tamaşa cari ilin 2-ci rübündə təqdim olunacaq.

Teatr tərəfindən hazırlanacaq növbəti, ikinci yeni tamaşa isə Nazim Hikmətin “Bayramın ilk günü” əsəri əsasında hazırlanacaq. Tamaşaya teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov quruluş verəcək. Bu səhnə əsri teatrsevərlərə cari ilin üçüncü rübündə təqdim ediləcək.

Bildirilib ki, hər iki səhnə əsrində rolları teatrın aktyorları canlandıracaq.


Teqlər:  Teatrda yeni tamaşalar hazırlanacaq



RƏYLƏR


Top xəbərlər