Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qənirə Paşayeva Tailandın turizm və idman naziri ilə görüşüb

Qənirə Paşayeva Tailandın turizm və idman naziri ilə görüşüb

Date: 16 January 2016 10:24

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tailandın Turizm və İdman naziri Kobkarn Vattanavrangkul ilə görüşüb. Lent.az-ın məlumatına görə, o,  görüş zamanı   Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin turizm potensialı və idman sahəsində əldə etdiyi uğurlar barədə danışıb. 

 

"Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına önəm veririk" - deyən Kobkarn Vattanavrangkul bildirib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və qarşılıqlı səfərlərin artması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir.

 

Turizm də daxil olmaqla ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üzün böyük imkanlar olduğunu xüsusi vurğulayan millət vəkili Tailandın turizm və idman nazirini ölkəmizə rəsmi səfərə dəvət edib. Q. Paşayeva nazirə  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə bağlı geniş  məlumatlar verib. 

 

Tailandda çoxsaylı görüşlər keçirən millət vəkili Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı  bu gözəl ölkəni daha geniş tanımaq imkanı da olub və bu ona Tailandla bağlı maraqlı bir kitab hazırlamaq üçün də önəmlidir.

 

K. Vattanavrangkul ölkəsini  Azərbaycanda daha geniş tanıdacaq belə bir kitab və layihə üçün millət vəkilinə təşəkkür edib və Azərbaycana dəvəti böyük  məmuniyyətlə  qəbul  edib.

 

Q. Paşayeva Tailandda da Azərbaycanı daha geniş tanıdacaq bir kitaba, sənədli filmə və layihələrə ehtiyac olduğunu deyərək bu istiqamətdə də təkliflərini səsləndirib və geniş fikir mübadiləsi aparılıb. 

 

Görüşün sonunda Q. Paşayeva Tailandın turizm və idman nazirinə rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.




Tags:  Qənirə Paşayeva Tailandın turizm idman naziri görüşüb

RƏYLƏR


Top news