Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Metroda qatarlar dayanacaq

Metroda qatarlar dayanacaq

Date: 16 January 2016 10:32

Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə 1990-cı il yanvarın 20-də həlak olanların xatirəsi Bakı Metropolitenində yad ediləcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a bildirib ki, 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb: 

"Bakı Metropoliteni bütün kollektivlə həmin faciə gününü yad edəcək. Hər il olduğu kimi, bu il də bütün stansiyalar qara lentli qərənfillərlə bəzədiləcək. Həmin gün bütün stansiyalarda həzin musiqilər səsləndiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar metroda dünyasını dəyişən şəhidlərinə xatirəsinə adlandırılmış "20 Yanvar" stansiyasında xüsusi anım mərasimi təşkil olunacaq. Bundan əlavə, "20 Yanvar" stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək, stansiyada güllərdən xüsusi ekspozisiya hazırlanacaq. Saat 12 tamam olanda isə metroda bütün qatarlar dayandırılacaq, bütün qatarlar eyni anda fit verəcək, daha sonra faciə qurbanlarının xatirəsi sərnişinlərlə birlikdə bir dəqiqəlik sükutla yad ediləcək".

Şöbə rəisi əlavə edib ki, hüzn günü olmasına baxmayaraq, qatarların hərəkət qrafikində və metronun iş rejimində hər hansı dəyişikliyin olacağı gözlənilmir.


Tags:  baki metropoliteni 20 yanvar faciesinin il donumu

RƏYLƏR


Top news