Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Beyaz Şou"nun canlı yayımında etiraz şoku - VİDEO

"Beyaz Şou"nun canlı yayımında etiraz şoku - VİDEO

Date: 16 January 2016 10:47

Türkiyənin ən məşhur şou-proqramlarından olan "Beyaz Şou"da canlı yayım uzun müddətlik kəsilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişin efirində səhnədə oturan tamaşaçılardan bir qrup şəxs ayağa qalxaraq etiraz edib. Onlar etiraz edərkən: "Ayşe müəllim tək deyil", - deyərək səs-küy yaradıblar. Bu səbəbdən canlı yayım anidən kəsilib. Səs-küy yaradanlar və əllərində plakat olan şəxslər şirkətin təhlükəsizlik nəzarətçiləri tərəfindən səhnədən uzaqlaşdırılıblar. 

Xatırladaq ki, Ayşe Çelik adlı izləyici Beyazit Öztürkün apardığı "Beyaz Şou"ya zəng edib belə demişdi:

"Ölkənin şərqində yaşananlardan xəbəriniz var? Burada yaşananlar çox fərqli təqdim olunur. Səssiz qalmayın. İnsan olaraq bu mövzulara yanaşın. Yazıq insanlar ölməsin, uşaqlar ölməsin, analar ağlamasınlar".

Videonu izləmək üçün şəklə klikləyin:


Tags:  beyaz sou beyaz sou canli yayim ayse celik beyaz sou beyazit ozturk

RƏYLƏR


Top news