Millət vəkili Taylandın Turizm və İdman naziri ilə görüşüb (FOTO)

Millət vəkili Taylandın Turizm və İdman naziri ilə görüşüb (FOTO)
10:33 16 Yanvar 2016
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Azərbaycan:

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Taylandın Turizm və İdman naziri Kobkarn Vattanavrangkul ilə görüşüb. Trend-in məlumatına görə, Q.Paşayeva görüş zamanı Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin turizm potensialı və idman sahəsində əldə etdiyi uğurlar barədə danışıb. "Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına önəm veririk" - deyən Taylandın Turizm və Idman naziri Kobkarn Wattanavrangkul bildirib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstərilməlidir və o da bu istiqamətdə səylərini daha da gücləndirəcək.

Turizm də daxil olmaqla ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üzün böyük imkanlar olduğunu xüsusi vurğulayan millət vəkili Taylandın Turizm və İdman nazirini ölkəmizə rəsmi səfərə dəvət edib. Millət vəkili nazirə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir. Q.Paşayeva deyib ki, Taylandda çoxsaylı görüşlər keçirib, Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı bu gözəl ölkəni daha geniş tanımaq imkanı da olub və bu ona Taylandla bağlı maraqlı bir kitab hazırlamaq üçün də önəmlidir.

Taylandın Turizm və İdman naziri Kobkarn Vattanavrangkul ölkəsini Azərbaycanda daha geniş tanıdacaq belə bir kitab və layihə üçün millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirib və Azərbaycana dəvəti böyük məmuniyyətlə qəbul edərək ölkənizi yaxından tanımaqdan məmun olacam və inanıram ki, əməkdaşlığımızı daha da genişləndirə biləcəyik deyib. Millət vəkili Q.Paşayeva Taylandda da Azərbaycanı daha geniş tanıdacaq bir kitaba, sənədli filmə və layihələrə ehtiyac olduğunu deyərək bu istiqamətdə də təkliflərini səsləndirib və geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Q.Paşayeva Taylandın Turizm və İdman nazirinə rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2481232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR