Virtuoz tarzənin 50 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi

Virtuoz tarzənin 50 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi
10:38 16 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Flora Şükürova, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Milli Konservatoriyasının dosenti, Əməkdar Artist, virtuoz tarzən Həmid Vəkilovun 50 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı çıxış edərək sənətkarın həyat və yaradıcılığı ilə yanaşı, ifa sənətimizin, o cümlədən milli musiqimizin zənginləşməsinə verdiyi töhfələrdən söz açıb.
Qeyd olunub ki, H.Vəkilov Azərbaycan tarına bir sıra texniki yeniliklər əlavə edərək onu daha da təkminləşdirən sənətkarlardandır. Bildirilib ki, özünəməxsus ifaçılıq tərzinə malik olan Həmid Vəkilov klassik muğamları, eləcə də bəstəkar əsərlərini və tar üçün yazılmış klassik əsərləri bacarıqla ifa edir.
Daha sonra tədbir gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin repertuarında musiqi proqramı ilə davam edib.
Konsertdə bir sıra xalq və bəstəkar mahnıları ilə yanaşı, dünya bəstəkarlarının də əsərlərinə müraciət olunub. Konsert proqramı maraqla qarşılanıb.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Virtuoz_tarzenin_50_illiyine_hesr_olunmus_yaradiciliq_gecesi-919003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR