Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İranlı nazir tarixi bəyanata imza atmaq üçün Vyanaya gedib

İranlı nazir tarixi bəyanata imza atmaq üçün Vyanaya gedib

Tarix: 16 Yanvar 2016 10:39

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “altılıq” ölkələri ilə birgə bəyanatla çıxış etmək üçün Vyanaya yola düşüb.

 

APA-nın İSNA agentliyinə istinadən verdiyi xəbərə görə, naziri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi müşayiət edir.

 

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İran nüvə proqramına dair yekun hesabatı bu gün Vyanada açıqlanmalıdır. Bu hesabat əsasında İran və "altılıq" ölkələri birgə bəyanatla çıxış edəcək. Bəyanatda İrana qarşı sanksiyaların ləğv olunması məsələsi əksini tapacaq.


Teqlər:  İranlı nazir tarixi bəyanata imza atmaq Vyanaya gedib



RƏYLƏR


Top xəbərlər