Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oğurluqla məşğul olan maşın ustası tutuldu

Oğurluqla məşğul olan maşın ustası tutuldu

Date: 16 January 2016 10:44

Abşeron rayonunda silsilə oğurluqlar törədən şəxslər saxlanılıb. APA TV-nin xəbərinə görə, saxlanılan şəxslər 15-dən çox evi qarət ediblər.

 

35 yaşlı Xəqani Əliyev avtomobil ustası olmasına baxmayaraq, 4-5 aydır ki, oğurluqla məşğuldur. Abşeron rayonu ərazisində 15-dən artıq evi qarət edən Xəqani əvvəlcə evlərin yerini müəyyənləşdirib: “Bir gün əvvəl gedirdim özüm gəzirdim. Sonra aparırdım”.

 

Ona oğurluq planlarını həyata keçirməkdə vaxtilə evində kirayədə yaşadığı ailənin azyaşlı oğlu kömək edib. Azyaşlı da saxlanılıb və ifadəsi alınıb.

 

Xəqani Əliyev oğurladığı əşyaları özünə məxsus avtomobillə daşıyıb. Həmin əşyaların bir hissəsini satmağa nail olan Xəqani əldə etdiyi pulun hamısını əyləncəyə xərclədiyini deyir: “Barlara xərcləyirdim. Pula ehtiyacımız var idi. Amma o dərəcədə yox. Kef üçün xərcləmişik. Əlbəttə ki, elədiklərimə görə peşmanam”.

 

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 177.2-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 


Tags:  Oğurluqla məşğul olan maşın ustası tutuldu

RƏYLƏR


Top news