Tranzit daşımalarından gəlirlər artacaq

Tranzit daşımalarından gəlirlər artacaq
10:52 16 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakıda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib. Tədbirdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşımanın həcmi, Avropadan Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə Çinə və geriyə konteyner qatarları üçün rəqabətə davamlı kompleks dərəcələrinin müəyyənləşdirilməsi ilə yanaşı, Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində güzəştli tarif şərtlərinin müəyyən edilməsi məsələləri müzakirə edilib, güzəştli tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı sənədlər də imzalanıb.

Milli.Az bildirir ki, dörd ölkənin müvafiq qurumları rəhbərlərinin keçirdiyi görüşdə müzakirə olunan məsələlərlə bağlı Müsavat.com-a açıqlama verən "Azərbaycan Dəmir Yolları mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, əsasən yüklərin daşınması ilə bağlı danışıqlar aparılıb, növbəti mərhələdə isə tariflər müəyyənləşdiriləcək: "Birinci danışıqlar İranla bağlı idi. Ukraynadan gələn yüklərin Gürcüstan üzərindən Azərbaycan ərazisindən keçirilərək İrana aparılması müzakirə edildi.

Daha sonra 4 istiqamətdə, Gürcüstan, Qazaxıstan,Ukraynaya Avropadan gələn yüklərin Azərbaycan üzərindən daşınmasının həyata keçirilməsi müzakirə olundu. Hər iki istiqamət haqda qərar qəbul olundu. Sadəcə, tariflər tam müəyyənləşməyib. Odessadan, Qara dənizdən və digər limanlardan gələn yüklərə baxılıb, tariflər  müəyyən ediləcək. Bu görüşlərin faydası odur ki, Azərbaycandan tranzit yükdaşımaları artır, gəlirlər artır. Azərbaycan tranzit ölkə kimi formalaşır və Avropadan gələn yüklərin Azərbaycandan daşınması həyata keçiriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR