Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Son 10 ildə Azərbaycanda aclıq çəkənlərin sayı azalıb

Son 10 ildə Azərbaycanda aclıq çəkənlərin sayı azalıb

Trampın prezidentliyi: meksikalı miqrantların sayı 40 % azalıb (09 Mart 2017 08:12)
Azərbaycanda 25 yeni mehmanxana tikilir (08 Mart 2017 17:32)
Azərbaycanda alkoqoliklərin sayı yenidən artdı (06 Mart 2017 08:17)

Tarix: 16 Yanvar 2016 10:52

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan əhalisinin aclıqla mübarizə məsələsində əhəmiyyətli addımlar atıb.
"Report" xəbər verir ki, bu barədə "Global Hunger Index"in (Qlobal Aclıq İndeksi) illik hesabatında məlumat verilir.
Məlumata görə, Azərbaycanın indeksi 10 bal təşkil edir (ümumi əhalinin 1,7%-i). Bu göstərici ilə ölkəmiz ölkə əhalisinin aclıq dərəcəsinə görə orta səviyyəyə malikdir.
Eyni zamanda, 2005-ci ilin göstəricisi ilə müqayisədə ölkəmiz göstəricisini 6,7 bal yaxşılaşdırıb. Azərbaycan həmçinin uşaqların qidalanması və uşaq ölümü göstəricilərini də yaxşılaşdırıb.
Region ölkələri arasında ən yaxşı göstərici Türkiyədədir - 5,1 bal. İran 6,8, Gürcüstan isə 8,5 balla sonrakı sıralarda qərarlaşıb. Ermənistanda bu göstərici 11,2 bal (əhalinin 5,8%-i) təşkil edir. Eyni zamanda bu ölkədə inkişafdan qalmış uşaqların səviyyəsi 18,2 faizdən 20,8 faizə qədər artıb.
Bu İndeksdə ən pis göstəricilər Afrika ölkələrindədir: Çad (46,4%), Mərkəzi Afrika Respublikası (46,9%), Zambiya (41,1%).

Teqlər:  Son 10 ildə Azərbaycanda aclıq çəkənlərin sayı azalıb



RƏYLƏR


Top xəbərlər