Güləşçilərimiz “Təxti Kuboku” beynəlxalq turnirində 2 bürünc medal qazanıblar

Güləşçilərimiz “Təxti Kuboku” beynəlxalq turnirində 2 bürünc medal qazanıblar
10:53 16 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Tehranda böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandalarımızın üzvləri mübarizə aparıblar. Güləşçilərimiz turniri 2 bürünc medalla başa vurublar.
İlk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimizdən Sakit Quliyev (59 kq) turnirin bürünc medalına sahib olub.
Turnirin ikinci yarış günündə isə sərbəst güləşçimiz Mircəlal Həsənzadə (57 kq) üçüncü olub.
Yarışda ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Guleschilerimiz_Texti_Kuboku_beynelxalq_turnirinde_2_burunc_medal_qazaniblar-919009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR