Selin Dionun qardaşı ölüm ayağındadır - FOTO

Selin Dionun qardaşı ölüm ayağındadır - FOTO
11:05 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur müğənnilərindən biri, kanadalı Selin Dionun böyük qardaşı ölüm ayağındadır.
Kanadanın Monreal şəhərində yaşayan 59 yaşlı Deniel Dion ağır xərçəng xəstəsidir. 

Milli.Az Le Journal de Montreal-a istinadən bildirir ki, müayinələr Daniel Dionda beyin, dil və qırtlaq xərçənglərini aşkarlayıb.

Bunu 47 yaşlı Selin Dionun böyük bacısı Klodett deyib.
"Qardaşımın vəziyyəti çox ağırdır. Həkimlərin dediklərinə görə, Daniel gələn həftə ölə bilər".

Daniel Dion Monreal şəhərindəki klinnikalardan birindədir. Onun 88 yaşlı anası Tereza yanındadır.
Srağagün Selin Dionun əri Rene Anjelil xərçəngdən vəfat edib. Onun ilk nikahından 3, Selin Dionla izdivacından da 3 övladı vardı.
73 yaşında vəfat etmiş Rene Anjelilin dəfn mərasimi onun Selin Dionla nikahının təşkil olunduğu, Monrealdakı "Notre-Dame Basilica" kilsəsində yanvarın 23-də olacaq.
Dionlar ailəsində 14 övlad var və Selin Dion onların arasında ən kiçiyidir.
 

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR