Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

«Airbus» aviaşirkəti təyyarə sifarişlərinin sayına görə «Boeing» aviaşirkətini qabaqlayıb

«Airbus» aviaşirkəti təyyarə sifarişlərinin sayına görə «Boeing» aviaşirkətini qabaqlayıb

Date: 16 January 2016 11:08


Bakı, 16 yanvar, Elvin Camalov, AZƏRTAC
Avropanın ən böyük təyyarə istehsalçısı olan Fransanın «Airbus» aviaşirkəti ötən il aldığı sifariş sayına görə ən güclü rəqibi - ABŞ-ın «Boeing» aviaşirkətini qabaqlayıb.
AZƏRTAC “tr.euronews.com” saytına istinadla xəbər verir ki, 2015-ci ildə «Airbus» 1 trilyon dollar məbləğində 1036 ədəd təyyarə istehsal etmək üçün sifariş alıb. Şirkət ötən il 635 təyyarəni istehsal edərək sifarişçilərə göndərib, bu il isə şirkət 650 təyyarə istehsal etməyi hədəfləyib.
Qeyd edək ki, «Boeing» şirkəti 2015-ci ildə 768 təyyarə sifarişi alıb və bunlardan 762 ədədini sifarişçilərə çatdırıb.

Tags:  Airbus aviaşirkəti təyyarə sifarişlərinin sayına Boeing aviaşirkətini qabaqlayıb



RƏYLƏR


Top news