Banu Şücai "Səs Azərbaycan"dan getdi - video

Banu Şücai "Səs Azərbaycan"dan getdi -   video
11:16 16 Yanvar 2016
352 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün "Səs Azərbaycan"da "Döyüşlər" mərhələsi baş tutub.

Axşam.az-ın məlumatına görə, münsif kürsüsündə əyləşən xalq artisti Mübariz Tağıyevin komandasında yarışan tanınmış model Banu Şücai Ayla Şiriyeva adlı ifaçı ilə səhnəyə çıxıb. Onlar ingilis dilində "Shy guy" mahnısını səsləndiriblər.

Münsiflər Banunun ifa tərzini bəyənməyiblər. Qrup rəhbəri M.Tağıyev Banu Şücaini yarışmadan uzaqlaşdırıb və Ayla ilə davam etmək istədiyini bildirib.

Qeyd edək ki, "Səs Azərbaycan"ın münsif kürsüsündə M.Tağıyevlə yanaşı xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manana əyləşir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR