Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polşanı da belə çökdürürlər

Polşanı da belə çökdürürlər

Date: 16 January 2016 11:37

"Standard and Puə" reytinq agentliyi Polşanın suveren kredit reytinqini "A-"dən  "BBB+"ə endirib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə informasiya təşkilatın rəsmi saytında yerləşdirilib. Təşkilatın belə bir qərar qəbul etməsinə Polşa hökumətinin son günlər apardığı siyasi reformasiyaların səbəb olduğu bildirilib:
 
"Polşa konstitusiya məhkəməsi kimi əsas institutların effektivliyinin azaldılması bu reytinqə təsir edib. Bu reytinq bundan sonra daha da pisləşə bilər. Biz həmçinin Polşa Milli Bankının effektivliyi və müstəqilliyini itirə biləcəyindən qorxuruq".
 
Qeyd edək ki, bir müddət öncə Polşa hökuməti konstitusiya məhkəməsinin hüquqlarını azaltmaqla bərabər, müxtəlif telekompaniyalara rəhbərlərin dövlət tərəfindən təyin edilməsi haqqında qərar qəbul edib. Üstəlik, Varşavanın bu məsələyə görə Almaniya ilə də münasibətləri pisləşib. Bəzi Avropa Birliyi ölkələri də Polşanın bu qərarını tənqid ediblər.

Milli.Az


Tags:  Polşanı belə çökdürürlər


RƏYLƏR


Top news