“Qəbələ” və “Zirə” klubları Antalyada ilk yoxlama oyunlarına çıxacaqlar

“Qəbələ” və “Zirə” klubları Antalyada ilk yoxlama oyunlarına çıxacaqlar
11:38 16 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Qış təlim-məşq toplanışını Antalyada davam etdirən “Qəbələ” və “Zirə” futbol klubları bu gün ilk yoxlama oyunlarını keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçiləri Almaniya və Qazaxıstan klubları ilə üz-üzə gələcəklər. “Qəbələ” bu ilin ilk qarşılaşmasını 3-cü Bundesliqa təmsilçisi “Osnabryuk”a qarşı keçirəcək. “Gloria” məşq meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
“Zirə” isə Qazaxıstanın “Ordabası” komandası ilə görüşəcək. “Kaya” otelinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_ve_Zire_klublari_Antalyada_ilk_yoxlama_oyunlarina_chixacaqlar-919028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR