"Yaprak dökümü"ndən "Kara sevda"ya - fotolar

"Yaprak dökümü"ndən "Kara sevda"ya - fotolar
12:40 16 Yanvar 2016
179 Şou
Ölkə mətbuatı
A- A+

Son dövrlərin ən perspektivli türk aktrisası Neslihan Atagüldür.

Axşam.az-ın məlumatına görə, 1992-ci ildə doğulan, anası rus, atası çərkəz olan Neslihanın çəkildiyi seriallar Beren Saatın da, Fahriye Evcenin də iştirak etdiyi layihələrdən daha uğurlu alınır.

2006-cı ildə "Yaprak dökümü" serialında canlandırdığı Deniz xarakteri ilə aktyorluq dünyasına addım atıb. 2006-cı ildə ilk uzun metrajlı filmi "İlk aşk"-da Vahide Gördüm, Çetin Tekindor ilə birlikdə oynayıb. Bu filmdəki rolu ilə "Qızıl Koza" Film Festivalında "Ümüd verən gənc aktrisa" mükafatını alıb.

2011-ci ildə Mahsun Kırmızıgülün senaristliyini və rejissorluğunu etdiyi "Həyat davam edir" adı serialda oynayıb. 2012-ci ildə baş rollarında Özcan Deniz, Nihal Yalçın və Barış Hacıhanın iştirak etdiyi "Araf" filmində gənc aktrisa Neslihan Atagül də öz qabiliyyətini göstərdi.

2013-cü ildə isə gələcək sevgilisini tapdığı "Fatih Harbiye" serialında çəkilməyə başlayıb. Hazırda oradakı tərəf müqabili Kadir Doğulu ilə nişanlı olan aktrisa indi "Kara sevda" serialıyla adından söz etdirir. Burak Özçivitlə baş rollarını paylaşdığı layihə ən reytinqli layihələr arasındadır.

Bir neçə gün əvvəl atasının dəfn mrəasimində ağlayan aktrisaya sevgilisi dəstək olub. O, indiyə qədər çəkildiyi serial və filmlərdə də hər zaman göz yaşlarını axıdıb, bu səhnələrlə tamaşaçıların qəlbinə yol tapıb.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR