Dünya ölkələrinə 400 milyard dollarlıq itki

Dünya ölkələrinə 400 milyard dollarlıq itki
11:51 16 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiymətinin aşağı düşməsi ilə neft şirkətləri iqtisadi tənəzzülə uğramaqda davam edir.

ANS PRESS-in məlumatına görə, neft bazarlarında qiymətlərin düşməsindən sonra 68-ə yaxın böyük enerji layihələri təxirə salınıb. Bununla da Meksika Körfəzindən Afrikaya qədər geniş bir coğrafi sahəni əhatə edən milyonlarala barellik neft ixaracı da təxirə düşüb.

Son olaraq avqust ayında Wood Mackenzie araşdırma şirkətinin apardığı hesablamalara görə, neftin qiymətinin enməsi 200 milyard dollarlıq 46 böyük enerji layihəsinin dayandırılmasına səbəb olub.



Elə həmin şirkətin 2015-ci ilin sonuna qədər apardığı son araşdırmaya görə, ötən ilin son 6 ayı ərzində daha 22 böyük layihə dayandırılıb ki, bu da ümumilikdə cəmi 68 layihənin dayandırılması deməkdir. Təxirə salınan layihələrin ümumi dəyəri 400 milyard dollar civarında hesablanır.

Norveç də neftin qiymətinin aşağı düşməsi ilə böhran elan edib. Norveç Neft Şirkətinin Baş direktoru Bente Nyland hal-hazırki vəziyyəti dəyərləndirərkən bildirib ki, Norveç neft sənayesi iqtisadi böhran vəziyyətindədir və bunu inkar etmək olmaz.

İşləri təxirə salınan nəhəng neft layihələrinin Kanada , Anqola , Qazaxıstan , Nigeriya , Norveç və ABŞ- a aid olduğu bildirilir.

Bu 6 ölkənin təxirə salınan neft ehtiyyatlarının 90% nə sahib olduğu halda, ən böyük təxirə salınan qaz ehtiyyatlarının isə 85%-ni Mozambik , Avstraliya , Malayziya və İndoneziya təşkil edir.


Neft ixrac edən ölkələr


Neftin qiymətinin 2004-cü ildən ilk dəfə olaraq 30 dollara qədər enməsinin səbəbi kimi ABŞ-ın neft ixrac etməsi və İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması göstərilir. Çünki, sanksiyaların aradan qalxması ilə İran neft ixracatını aratırması neft bazarının həcmini də artıracaq ki, bu da neftin qiymətinin daha da aşağı düşməsi ilə nəticələnək. Sanksiyalar tətbiq edilməzdən əvvəl İranın gündəlik neft ixracatı 3 milyon barel təşkil edirdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR