Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Opera və Balet Teatrının solisti Belarusa qastrol səfərinə gedir

"İl Tabarro" Opera və Balet Teatrında (15 Mart 2017 18:05)
Opera və Balet Teatrında "Arşın mal alan" tamaşası göstəriləcək (09 Mart 2017 20:57)
Nazir: "Azərbaycan prezidentinin İrana səfərinə hazırlıq gedir" (25 Fevral 2017 15:08)

Tarix: 16 Yanvar 2016 11:52

"Report" xəbər verir ki, bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına Minsk teatrından növbəti dəvət məktubu daxil olub. Teatrın balet truppasının gənc və istedadlı solisti, Respublikanın əməkdar artisti Nigar İbrahimova 2016-cı il yanvarın 22-də Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” baletinin tamaşasında Jizel partiyasını ifa etmək üçün dəvət olunub.
Milli baletimizin gənc ulduzularından biri olan Nigar 2004-cü ildən teatrın balet truppasında çalışır. Truppanın aparıcı solisti kimi bir çox tamaşalarda (“Qu gölü” – Odetta-Odilliya, “Don Kixot” – Kitri, “Jizel” – Jizel, “Şelkunçik” – Maşa, “Şəhrizad” – Zübeydə, “Don Kixot” (Q.Qarayev) – Dulsineya, “Min bir gecə” – Şəhrizad, “Yeddi gözəl” – Gözəllər gözəli, Hind gözəli, “Eşq və Ölüm” – Ölüm və s.) böyük uğurla çıxış edir.
Milli balet sənətimizi dəfələrlə Türkiyə Respublikasında, Rusiya Federasiyası, Belorus, Fransa, Qırğızıstan və b. ölkələrdə müvəffəqiyyətlə təmsil edib.
Nigarın ən böyük uğurlarından biri bu yaxınlarda – sentyabrın 25-də Rusiyanın paytaxtı Moskvada Kreml sarayında balet artistlərinin Rusiya və Avropadan olan beynəlmiləl heyətin tərkibində F.Əmirovun “Min bir gecə” baletinin tamaşasında Şəhrizad rolunu ifa etməsi olub. 


Teqlər:  Opera Balet Teatrının solisti Belarusa qastrol səfərinə gedir



RƏYLƏR


Top xəbərlər