Məşhur jurnalist bu gün son mənzilə yola salınır

Məşhur jurnalist bu gün son mənzilə yola salınır
12:01 16 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün məşhur jurnalist Emil Ağayev ilə vida mərasimi keçiriləcək.

ANS PRESS-in məlumatına görə, jurnalistlə vida mərasimi saat 13:00-da, Təzə Pir məscidində baş tutacaq.

Publisist, ssenarist, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü olan Ağayev Emil Güləli oğlu - 1938-ci il oktyabrın 11-də Qazaxıstanın Çimkənd şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsində təhsil alıb.


Çimkənd, Qazaxıstan


Əvvəllər müəllim işləyən Emil 1957-ci ildən mətbuat sahəsində çalışmağa başlayıb. ADU-nun aztirajlı qəzetində ədəbi işçi, "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində əvvəlcə mədəniyyət, sonra felyeton və oçerk şöbələrinə rəhbərlik edən Ağayev, məsul katibin müavini olub. Bundan əlavə, "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri və RİA Novosti agentliyinin Azərbaycan şöbəsinin müdiri vəzifələrində işləyib. "Yurd", "Qütb", "Populyar" jurnallarında (1987-1997), həmçinin Azərbaycan Ali Sovetinin redaksiya-nəşr şöbəsinin baş məsləhətçisi olub.


Emil Ağayev - jurnalist


Daha sonra "Kavkaziya" analitik və informasiya agentliyinin müstəqil məsləhətçisi olan jurnalist, Azərbaycan Yazıçıları İttifaqı nəzdində oçerk və publisistika şurasına sədrlik edib.

Onun ssenariləri əsasında bir sıra sənədli, həmçinin tammetrajlı bədii-publisistik filmlər çəkilib. O, "Qızıl qələm" mükafatı laureatıdır.


Məşhur jurnalist ötən gün 78 yaşında vəfat edib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR