Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pan Gi Mun: "Terrordan ən çox müsəlmanlar əziyyət çəkirlər"

Pan Gi Mun: "Terrordan ən çox müsəlmanlar əziyyət çəkirlər"

Date: 16 January 2016 12:05

"Dünya daxilində terror və radikal şiddətdən ən çox zərər çəkənlər müsəlmanlardır".

Milli.Az AzNews.az-a istinadən bildirir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun deyib. Baş katib Avropa Şurası Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib ki, üzv ölkələr radikal şiddət və terrora əngəl olmaq üçün bəzi məsələləri diqqətdə saxlamalıdır: "Radikal şiddət təhlükəsi hər hansı bir bölgə, irq, din və millətlə məhdudlaşmır. Amma dünya daxilində radikal şiddətdən ən çox zərər çəkənlərin müsəlmanlar olduğunu qəbul etməliyik".

Pan Gi Mun dövlətlər arasında düşüncəsiz siyasətlərin fayda verməyəcəyini qeyd edib: "Düşüncəsiz siyasətlər xalqları bir-birinə düşmən edəcək. Bunun faydası yoxdur. Davamlı qorxu halında yaşamamaq üçün sağlam fikirli hərəkətlərə ehtiyac var". 

Milli.Az


Tags:  Pan Gi Mun Terrordan çox müsəlmanlar əziyyət çəkirlər


RƏYLƏR


Top news