Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyi İrana qarşı sanksiyaları ləğv edəcək

Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyi İrana qarşı sanksiyaları ləğv edəcək

Date: 16 January 2016 12:19

İran xarici işlər naziri "altılıq"la tarixi bəyanata imza atmaq üçün Vyanaya gedib

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “altılıq” ölkələri ilə birgə bəyanatla çıxış etmək üçün Vyanaya yola düşüb.

 

APA-nın İSNA agentliyinə istinadən verdiyi xəbərə görə, naziri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi müşayiət edir.

 

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İran nüvə proqramına dair yekun hesabatı bu gün Vyanada açıqlanmalıdır. Bu hesabat əsasında İran və "altılıq" ölkələri birgə bəyanatla çıxış edəcək. Bəyanatda İrana qarşı sanksiyaların ləğv olunması məsələsi əksini tapacaq.

 


Tags:  gün Beynəlxalq Atom Enerjisi Agentliyi İrana qarşı sanksiyaları ləğv edəcək

RƏYLƏR


Top news