Sabah Azərbaycan ərazisində hava yağmurlu olacaq

Sabah Azərbaycan ərazisində hava yağmurlu olacaq
12:27 16 Yanvar 2016
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, yanvarın 17-də əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-azerbaycan-erazisinde-hava-seraiti-yagmurlu-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR