Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gömrükçülər gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb

Gömrükçülər gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb

Gömrükçülər külli miqdarda siqaret və qaz balonu müsadirə edib (17 Mart 2017 17:44)
Gömrükçülər külli miqdarda siqaret aşkar etdi - FOTO (16 Mart 2017 17:42)
Azərbaycan gömrükçülər külli miqdarda zəli aşkar edilib (13 Mart 2017 15:17)

Tarix: 16 Yanvar 2016 12:28

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşları Əzimov Əli Çingiz oğlu və Nəmətov Ağaməmməd Mirzə oğlunun idarə etdikləri 50 ZA 046 və 50 AD 268 dövlət nömrə nişanlı yük avtomobilləri ilə Belçikadan “AMO” MMC adına gələn 43 ton 824 kiloqram armud yüklərinin müvafiq müşayiətedici sənədlərinə baxış keçirib.

Yoxlama zamanı sənədlərdə yükün dəyərinin həddindən artıq aşağı göstərildiyi məlum olub. Buna görə də avtomobillər araşdırma aparılması üçün idarənin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı DGK İstintaq İdarəsində müvafiq araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Gömrükçülər gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb



RƏYLƏR


Top xəbərlər