Salyanda iki maşın toqquşdu, xəsarət alanar var

Salyanda iki maşın toqquşdu, xəsarət alanar var
12:32 16 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Salyan-Neftçala avtomobil yolunun 7-ci kilometrliyində, rayonun Xocalı kəndi ərazisində qeydə alınıb. 

Neftçala rayonunun Kürqarabucaq kənd sakini, 44 yaşlı Vahid Səftər oğlu Quliyevin idarə etdiyi "VAZ 21015" markalı avtomobil "VAZ 2101" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 21015" markalı avtomobilin sürücüsü və sərnişinlər - Kürqarabucaq kənd sakinləri, 39 yaşlı Zəminə İsmayıl qızı Məcidova, 13 yaşlı Adilə Əli qızı Məcidova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR