Mətanət İsgəndərli gəlini və nəvələri ilə - Video

Mətanət İsgəndərli gəlini və nəvələri ilə - Video
13:11 16 Yanvar 2016
632 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mətanət İsgəndərli ailəsi ilə kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, "Star life" verilişi müğənninin evində qonaq olub.

Mətanət İsgəndərlinin oğlu Kərim, övladları və anası ilə bağlı danışıb:

"Tuncay dünyaya gələndə adını özüm qoydum. Buna görə də anam məndən incimişdi. İkinci oğlum Ruhlan doğulanda adını anam qoydu. qızım dünyaya gələndə də qarışmadım, özü "Mətanət" adını verdi".

Müğənni nəvəsinə öz adını qoymasına qızı Ülkərin etiraz etdiyini bildirib:

"Oğlum övladına mənim adımı qoydu, çox sevindim. Qızım Ülkər həmişə etiraz edirdi, deyirdi "Olmaz, mən öz uşağıma anamın adını qoyacam". Necə oldusa, razılıq verdi. Amma deyir ki, mən də qızıma sənin adını qoyacam".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR