Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafı üzrə 2015-ci ildə görülmüş işlərin hesabatı verildi (FOTO)

Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafı üzrə 2015-ci ildə görülmüş işlərin hesabatı verildi (FOTO)
12:38 16 Yanvar 2016
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sahil qəsəbəsində 2015-ci ildə görülmüş işlərin hesabatı verilib.

Hesabat ili olan 2015-ci il ərzində Sahil qəsəbəsində rayon İcra hakimiyyətinin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra abadlıq və quruculuq işləri həyata keçirilmişdir ki, bu işlərin planlaşdırılmasında və icra olunmasında qəsəbə nümayəndəliyi yaxından iştirak etmişdir. Görülən işlər əsas etibarı ilə təmir-tikinti, quruculuq, abadlıq, təmizlik, yaşıllaşdırma və qəsəbə ərazisində səliqə-səhman yaratmaqdan ibarət olmuşdur.

Belə ki, Sahil qəsəbə ərazisindən keçən Bakı-Astara (Qazax) magistral yolunun ətrafının abadlaşdırılması, yeni yaşıllıq zolaqların salınması və 16 saylı Peşə Liseyinin yanında salınmış istirahət parkı qəsəbəmizin simasını gözəlləşdirmişdir. Ə.Gülbabayev küçəsi 14, 16, 18 saylı binaların qarşısında nümunəvi həyət salınmışdır, o cümlədən uşaqların asudə vaxtların keçirilməsi məqsədi ilə yeni əyləncəli yelləncəklər, oyuncaqlar quraşdırılmışdır. Ə.Gülbabayev küçəsi 16a və Ə.Gülbabayev küçəsi 30 saylı yaşayış binalardan yanğına səbəb olan üzlüklər sökülmüş, əvəzində isə aqlay daşlarla bəzədilmiş, üzlük emulsiya vurulmuşdur. Orada xeyir-şər evləri tikilmiş və müvafiq avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir.

Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Sahil qəsəbəsinin inzibati ərazisindən keçən hissəsinin sol tərəfində Ə.Gülbabayev küçəsində 350 m uzunluğunda yeni park salınmışdır. Həmin parkda yaşıllıq sahəsi salınmış və dekorativ ağac, kol-bitkiləri əkilmiş, o cümlədən asfalt örtüyü vurulmuşdur. Bundan əlavə Zahid Qasımov küçəsi 37 və 37a binalarının qarşısında olan həyət sahəsinə asfalt örtüyü vurulmuşdur. Qəsəbə ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən il ərzində yararsız vəziyyətdə olan küçələrə çınqıl və daş qırıntları tökülərək yayılmışdır.

Bundan əlavə Əliyar Gülbabayev və Məhərrəm Seyidov küçələrində binaların qarşısındakı qanunsuz zəbt olunmuş sahələr sökülərək təmizlənmiş, həmin sahələrdə gələcəkdə park salınması üçün hazırlıq işlərinə başlanmışdır. Natiq Mustafayev və Emin Quliyev küçələrində yaşıllıq zolaqların salınması üçün yeni bordürlər salınmışdır, o cümlədən , Natiq Mustafayev, Şahlar Əsgərov və Məhərrəm Seyidov küçələrinə yüzdən artıq maşınla qum daşınmışdır.

Z.Qasımov küçəsi 24 saylı binanın qarşısındakı xeyir-şər evi köhnə yararsız olduğu üçün sökülmüşdür. Əvəzində isə bu yaxınlarda yeni müasir standartlara cavab verən xeyir- şər evinin tikintisinə başlanacaqdır.

Əhalinin, xüsusən gənclərin məşğulluq səviyyəsinin artırılması və işlə təmin olunması məqsədilə ötən il ərzində yeni istehsal müəssisələrinin tikintisi və iş yerlərinin açılması istiqamətlərində xeyli işlər görülmüşdür.

Ölkə başçısı, möhtərəm İlham Əliyevin iştirakı ilə Sanqaçal qəsəbəsində Şahdəniz 2 Sanqaçal Terminalı Layihəsi əsasında mərasim keçirilmişdir. Tam fəaliyyətə başlayanda həmin terminalda ilkin olaraq 1250 nəfər işçi çalışacaqdır. Gələcəkdə isə işçilərin sayının 2000 nəfərə çatdırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə Sanqaçal qəsəbəsində həyata keçiriləcək yeni layihələrlə bağlı "AZFEN-TEKFEN " şirkətləri ilə birlikdə Sahil qəsəbəsində işə qəbulla əlaqədar mütəmadi tədbir keçirilir.

Hesabat dövründə əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində qəsəbəmizdə də xeyli işlər görülmüşdür. Belə ki, elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 2 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmışdır, o cümlədən qəsəbə ərazisində müxtəlif diametrli kabel və hava xətləri çəkilmişdir.

Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə Balıqçılar küçəsində 90 evə yeni qaz xətti çəkilmiş, o cümlədən smart tipli qaz sayğacları quraşdırılmışdır. 200 metr yer altı qaz xətləri dəyişdirilmişdir və yeni kollektorlar quraşdırılmışdır.

Hesabat dövründə əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülmüşdür.

Belə ki, Əliyar Gülbabayev, Məhərrəm Seyidov və Şahlar Əsgərov küçələrində yerləşən hündür mərtəbəli binaların yararsız-köhnə su xətləri çıxarılmış, əvəzində isə yeni plastik su boruları çəkilmişdir. O cümlədən yaşayış binalarını zirzəmisində olan çirkab sular çəkilmiş kanalizasiya xətləri təmizlənmiş və yuyulmuşdur. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən bu istiqamətdə işlər davam etdirilir.

Qış mövsümünə hazırlıqla bağlı qəsəbə üzrə 10 saylı İstilik sahəsi tərəfindən bir sıra işlər görülmüş, hündür mərtəbəli binalar, 4 orta məktəb, 6 uşaq bağçası və 16 saylı Peşə liseyi istiliklə təmin olunmuşdur. Görülmüş işlərlə yanaşı istiliklə təmin olunmayan binalar daha çoxdur. Bu binaların istiliklə təmin olunması üçün aidiyyəti qurumlar tərəfindən təcili təxirəsalınmaz tədbirlər görülməlidir.

Məişət tullantıların daşınmasında mövcud olan problemlər müəyyən qədər öz həllini tapmışdır, belə ki, bir çox yerlərə məişət tullantılarının yığılması üçün əlavə iri tutumlu konteynerlər qoyulmuşdur. Məişət tullantıları gün ərzində iki dəfə xüsusi ayrılmış texnika vasitəsilə daşınır. Bundan başqa, Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Sahil qəsəbəsinin inzibati ərazisindən keçən hissəsində Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş cədvəl üzrə müntəzəm olaraq sellofanlardan və məişət tullantılarından təmizlənir. Sakinlər tərəfindən zibil atmaq üçün 50 ədəd yeni müasir tipli zibil qutuları quraşdırılmışdır. Lakin, bu sahədə də müntəzəm ləngimələr olur. Əhali tərəfindən məişət tullantıları təyin olunan yerlərə atılmır.

Qəsəbə ərazisində 1320 məcburi köçkün ailəsi məskunlaşmışdır. Onların yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, məcburi köçkünlərin məskunlaşdığı yerlərə Asfalt zavodda və Balıqçılar küçəsində qaz xətlərin çəkilişi 1, 5 və 12 saylı yataqxanalarda yeni smart tipli işıq sayğaclar quraşdırılmışdır. Hal-hazırda yarımçıq qalmış tikili adlanan "Bağça" da yeni kabelləşmə işləri aparılır.

Artıq iki ildir ki, fəaliyyətdə olan "ASAN xidmət " regionlardakı əhaliyə səyyar formada xidmətlər göstərir. Hesabat dövründə qəsəbə üzrə də əhaliyə səyyar "ASAN xidmət" göstərmişdir. "ASAN xidmət"–lə yanaşı, Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi əvvəlcədən tərtib olunmuş qrafik əsasında həftənin şənbə günü qəsəbədə səyyar xidmət göstərir. Səyyar xidmət göstərərkən müraciət etmiş 100-dən artıq nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir.

Ölkəmiz bu il birinci Avropa Oyunlarına sahiblik etmişdir. Bu ərəfədə qəsəbə ərazisində ötən il ərzində təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə bir çox işlər görülmüşdür.
Dövlət proqramının tədbirlər planına uyğun olaraq qəsəbə ərazisində bu yaxınlarda yeni "Gənclər evi"nin açılışı olmuşdur. 9 nömrəli Xüsusi internat məktəbində əsaslı təmir işləri başa çatmışdır, hazırda yeni avadanlıqlarla təchiz olunur. Eyni zamanda məktəbin ərazisində 180 şagird yerlik yeni tədris korpusunun, idman və akt zalının tikintisi də yekunlaşmışdır.

2014-2015-ci il tədris ilində Sahil qəsəbəsindəki 253 (71%), 319 (59.4%) və 228 (56%) nömrəli tam orta məktəblərin göstəriciləri yüksək olmuşdur. Bununla yanaşı aşağı nəticə göstərən məktəblərimizdə vardır. Ümumiyyətlə, məzunlardan 253, 273, 319 nömrəli tam orta məktəblərin hər birindən isə 1 nəfər olmaqla 600-dən yuxarı bal toplamışdır. Ümid edirik ki, qəsəbəmizin təhsil işçiləri Respublika rəhbərliyinin onların qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək və bütün sahələrdə müsbət addımların, göstəricilərin sayı daha da çoxalacaqdır.

Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu” tərəfindən 950 məcburi köçkün, şəhid, əlil və aztəminatlı ailələrə “Ramazan bayramı” münasibəti ilə Qaradağ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sahil qəsəbə məscidində 200 nəfər üçün iftar süfrəsi verilmişdir, həmin iftar süfrəsində dualar oxunmuş və dindarlar adından tədbiri təşkil edən rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Hesabat dövründə qəsəbədə səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülmüşdür. Belə ki, qəsəbə ərazisində 18 yaşından yuxarı əhalinin icbari tibbi müayinədən keçirilməsi tədbirləri uğurla başa çatdırılmışdır.

Nümayəndəliyin qarşısında duran vacib məsələlərdən biri də qanunsuz tikililərə qarşı müvafiq sərəncamın icra olunmasıdır. Belə ki, qəsəbə ərazisində vətəndaşlar tərəfindən qanunsuz tutulmuş bağ sahələrin çəpərləri, eləcə də qanunsuz dəmir setkalarla zəbt olunmuş bağ sahələri sökülmüşdür.

Məlum olduğu kimi ötən ildə noyabr ayının 1-də qəsəbə ərazisində Beşinci çağırış Milli Məclisə seçkilər keçirilmişdir. Bütün seçki kompaniyalarında olduğu kimi Sahil qəsəbəsinin seçiciləri bu dəfə də yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirmiş və Parlament seçkilərində fəal iştirak etmişdilər.

Ötən il ərzində Sahil qəsəbə nümayəndəliyinə vətəndaşlar tərəfindən 530 nəfər sakin şifahi, 22 nəfər sakin yazılı olaraq müraciət etmişdir. Bunlar nəqliyyat, torpaq, mənzil, tikinti və əmək məsələləridir. Bu şikayətlərə vaxtlı-vaxtında baxılmış və həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Qaradağ rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarının layiqincə yerinə yetirilməsi, qəsəbədə quruculuq və abadlıq işlərinin gücləndirilməsi, bütövlükdə qəsəbənin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi üçün bütün imkanları bundan sonra da səfərbər edərək əməli tədbirlər görəcəkdir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəkidə 2 yanğın 3 hektar ərazini kül etdi - VİDEO - FOTO

24 İyul 2017 14:52

Azərbaycanda 8 yaşlı oğlanı zorlayan manyak həbs edildi - FOTO

24 İyul 2017 14:47

Xalq artisti ölkəni tərk etdi

24 İyul 2017 14:47

Pəhrizdə olanlar üçün ləzzətli içki

24 İyul 2017 14:45

Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu, sonra... - Oğuzda ŞOK HADİSƏ

24 İyul 2017 14:43

"Söyürlər, sakit dururuq" - Təcili yardıma maneə törədənlər cərimələnəcək - VİDEO - FOTO

24 İyul 2017 14:42

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib

24 İyul 2017 14:42

Bakıda Ukrayna Ticarət Evinin açılması məsələsi payızda müzakirə olunacaq

24 İyul 2017 14:42

"ASAN kommunal"da yeni xidmət pəncərəsi açılıb

24 İyul 2017 14:42

9 və 12 yaşlı iki qardaş Xəzərdə boğulub

24 İyul 2017 14:38

Ermənistanda intiharların sayı 5 dəfə artıb

24 İyul 2017 14:37

Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə "Petkim" və STAR-da təcrübə keçir

24 İyul 2017 14:37

Türk iş adamları Azərbaycan və Gürcüstanda fındıq bağları alır

24 İyul 2017 14:37

Venqer: "PSG buna görə Neymara maraq göstərməyə başladı"

24 İyul 2017 14:37

“Google Play” mağazasında 400 əlavə yeni virusa yoluxub

24 İyul 2017 14:35

İki azyaşlı qardaş dənizdə boğuldu

24 İyul 2017 14:34

Emin Ağalarov iddialara cavab verməkdən boyun qaçırır -

24 İyul 2017 14:33

"Bülənt Ərsoyu sevməsəm, saqqallı fotolarını yayardım" - VİDEO

24 İyul 2017 14:32

Binəqədidə yaşayış binasında yanğın

24 İyul 2017 14:32

Sevdanın geyimi plagiat çıxdı

24 İyul 2017 14:32

Azərbaycanda 12 rayonun bələdiyyə xəritələri hazırlanır

24 İyul 2017 14:27

Pakistanın Ticarət Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gələcək

24 İyul 2017 14:22

Kıvanç Tatlıtuğun rədd etdiyi kainat gözəli ƏRƏ GEDİR

24 İyul 2017 14:18

Gürcüstan "Şahdəniz" hesabına 2 mlrd. dollar investisiya cəlb edib

24 İyul 2017 14:17

Cahangir Hacıyev kassasiya şikayəti verdi

24 İyul 2017 14:17

"Yuventus"dan 40 milyonluq transfer

24 İyul 2017 14:17

Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

24 İyul 2017 14:17

Akif Çovdarovun məhkəməsində sənədlərin tədqiqinə başlanıldı

24 İyul 2017 14:17

"McDonalds"da müştərilər bıçaqlı hücuma məruz qaldı

24 İyul 2017 14:17

Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib

24 İyul 2017 14:12

"Lukaku və Morata eyni səviyyədə olan futbolçulardır"

24 İyul 2017 14:12

İran və İraq razılığa gəldi -

24 İyul 2017 14:12

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTOLAR

24 İyul 2017 14:08

Evi olmayanların nəzərinə: Kateqoriyalar genişləndirildi

24 İyul 2017 14:05

Xatirənin makiyajsız FOTOsu

24 İyul 2017 14:05

Rüşvət alan baş həkimə HÖKM OXUNDU

24 İyul 2017 14:03

İran denominasiyaya hazırlaşır

24 İyul 2017 13:57

"O evə qayıtmayacam" - Oğlu ilə itkin düşən Xanım - VİDEO

24 İyul 2017 13:57

Azərbaycanda səsi olmayan müğənni kimdir?

24 İyul 2017 13:54

“Mcdonalds”da dəhşətli anlar yaşandı - VİDEO

24 İyul 2017 13:53

Yay mövsümü başlayandan günvurmadan təcili yardıma 50 nəfər müraciət edib

24 İyul 2017 13:52

Azərbaycan yığmasının heyəti açıqlandı

24 İyul 2017 13:47

Bakı-Astara yolu inanılmaz durumda - VİDEO

24 İyul 2017 13:42

OPEC bu il ABŞ-ın neft hasilatçıları danışıqlara başlaya bilər

24 İyul 2017 13:42

Narkoloji disponserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkim azadlığa buraxılıb

24 İyul 2017 13:42

Ölən müğənni haqda "Narkotik istifadəçisi idi" iddialarına CAVAB - VİDEO

24 İyul 2017 13:42

Bu şəxslər də güzəştli mənzil əldə edə biləcəklər - YENİLİK

24 İyul 2017 13:39

Bu adamın ayaqları hər kəsi şoka salır

24 İyul 2017 13:38

Hansı oyun, hansı kanalda?

24 İyul 2017 13:37

Bu il Azərbaycanda 442,8 min nəfər sosial müavinətlə təmin olunub

24 İyul 2017 13:37