Neymara inanılmaz təklif - 100 milyon

Neymara inanılmaz təklif -   100 milyon
12:57 16 Yanvar 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Qətər şeyxinin sahibi olduğu PSJ mövsümün sonunda transfer bombasını partlatmağa hazırlaşır. Fanat.az "L`Equipe"ə istinadən xəbər verir ki, Paris klubu Kriştiano Ronaldo planını dəyişib.


Belə ki, PSJ-nin yayda "Real"ın ulduzu üçün 120 milyon avro təklif edəcəyi deyilirdi. Lakin FIFA-nın "Kral Klubu"na transfer qadağası qoyması planların dəyişməsinə səbəb olub. Artıq Madrid klubunun bu vəziyyətdə Ronaldonu nə olursa-olsun satmayacağı dəqiqdi.


"L`Equipe"in iddiasına görə, PSJ bu vəziyyətdə hədəfini dəyişərək Neymarı transfer siyahısına salıb. Paris təmsilçisinin "Barselona" ilə 2018-ci ilədək müqaviləsi olan braziliyalı ulduz üçün 100 milyon avro təklif edəcəyi iddia olunub. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neymara-inanlmaz-tklif-t46834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR