Filmdəki maskadan taxıb oğurluqlar edən ələ keçdi

Filmdəki maskadan taxıb oğurluqlar edən ələ keçdi
12:57 16 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

O, FAB-ın axtardığı cinayətkarların top-onluğuna daxil idi.

Federal axtarış bürosu tərəfindən ən çox axtarılan on cinayətkardan biri Maylo Cekori Meyson şənbə günü - yanvar ayının 16-da ABŞ-ın Kolorado ştatında saxlanılıb, CNN məlumat yayıb.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, Meysonu Tronton şəhərində motellərin birində saxlayıblar.

O, qətlə cəhddə, iki bankın qarətində, insan oğurluğunda, hücum və təcili-şərti azad edilmə qaydalarını pozmaqda ittiham edilir.  

O, qarətlərdən birini iki əlbiri ilə (hüquq-mühafizə orqanları əməkdaşları onları saxlayıblar) birgə "Çığırtı" filmi sayəsində məşhurluq qazanmış maskaları geyərək həyata keçiriblər.

25 yaşlı Meysonu tutmaq üçün göstərilən yardıma FAB 100 min dollar mükafat vəd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR