Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tokio körfəzində tanker qəzaya uğrayıb

Tokio körfəzində tanker qəzaya uğrayıb

Date: 16 January 2016 13:02

Bakı. 16 yanvar. REPORT.AZ/ Tokio və Kavasaki şəhərlərinin yerləşdiyi Tokio körfəzində 32 metrlik tanker yük gəmisi ilə toqquşub.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində tanker batıb, neft məhsulları okean sularına sızmağa başlayıb. Sızmanın dərəcəsi barədə məlumat verilmir
Sahil Təhlükəsizlik Xidməti bütün gəmiləri qəza yerinə yaxınlaşmamaqla bağlı xəbərdar edib.
İlkin məlumatlara görə, qəzaya uğramış tanker 92 tona qədər yük daşıya bilərmiş. Qəza anında onun nə dərəcədə yüklənməsi hələlik məlum deyil. Gəminin məxsus olduğu şirkətdən tankerin sürtkü yağı daşıdığı bildirilib.
Hadisə yerindən çəkilən kadrlarda batmış gəminin yalnız burun hissəsinin suyun üzərində olduğu görünür.

Tags:  Tokio körfəzində tanker qəzaya uğrayıb

RƏYLƏR


Top news