Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İran XİN başçısı: "Sanksiyalar bu gün ləğv ediləcək"

İran XİN başçısı: "Sanksiyalar bu gün ləğv ediləcək"

Növbəti nəsil “iPhone” smartfonunda “Lightning” konnektoru ləğv ediləcək (01 Mart 2017 15:35)

Tarix: 16 Yanvar 2016 13:17

Bakı. 16 yanvar. REPORT.AZ/ "İrana qarşı sanksiyalar bu gün ləğv ediləcək". "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Nazirin sözlərinə görə, sanksiyaların ləğvi həm İran, həm də bütünlükdə Yaxın Şərq üçün müsbət haldır. Amma bəziləri hələ də nüvə anlaşmasından çəkinir və bunun əleyhinə çıxmağa çalışacaq.
Xatırladaq ki, İran XİN başçısı bu gün nüvə proqramı üzrə danışıqlar aparmaq üçün Vyanaya yollanıb. Danışıqlarda həmçinin ABŞ dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də iştirak edəcək.

Teqlər:  İran XİN başçısı Sanksiyalar bu gün ləğv ediləcək



RƏYLƏR


Top xəbərlər