Körfəzdə fəlakət: gəmilərə yaxınlaşmamaq əmr edildi

Körfəzdə fəlakət: gəmilərə yaxınlaşmamaq əmr edildi
13:17 16 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Sızmanın dərəcəsi barədə məlumat verilmir

Tokio və Kavasaki şəhərlərinin yerləşdiyi Tokio körfəzində 32 metrlik tanker yük gəmisi ilə toqquşub.

Report TASS-a istinadən bildirir ki, hadisə nəticəsində tanker batıb, neft məhsulları okean sularına sızmağa başlayıb. Sızmanın dərəcəsi barədə məlumat verilmir

Sahil Təhlükəsizlik Xidməti bütün gəmiləri qəza yerinə yaxınlaşmamaqla bağlı xəbərdar edib.

İlkin məlumatlara görə, qəzaya uğramış tanker 92 tona qədər yük daşıya bilərmiş. Qəza anında onun nə dərəcədə yüklənməsi hələlik məlum deyil. Gəminin məxsus olduğu şirkətdən tankerin sürtkü yağı daşıdığı bildirilib.
Hadisə yerindən çəkilən kadrlarda batmış gəminin yalnız burun hissəsinin suyun üzərində olduğu görünür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR