Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted"dən "Real"a 75 milyon avro

"Mançester Yunayted"dən "Real"a 75 milyon avro

Date: 16 January 2016 13:17

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xames Rodriges karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

"Real"ın əsas heyətindən kənarda qalan kolumbiyalı futbolçunun komandadan ayrılmaq istədiyi bildirilir. Rodrigesin təzminat qiyməti 75 milyon avrodur. İngiltərə təmsilçisi Rodriges üçün bu məbləğdən keçməyə razıdır.

Qeyd edək ki, Kolumbiya millisinin üzvü 2014-cü ildə "Monako"dan "Real"a transfer olunub.

Milli.Az


Tags:  Mançester Yunayteddən Reala 75 milyon avro

RƏYLƏR


Top news