Şirkət: Prezidentin tapşırığı sahibkarlara stimul yaratdı

13:48 16 Yanvar 2016
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq iş adamları üçün böyük dəstək oldu. Bu barədə Trend-ə “Karmen” makaron fabrikindən bildirilib.

Qeyd olunub ki, bu tapşırıqdan sonra unun qiyməti aşağı düşdü ki, bu da müvafiq olaraq fabrik tərəfindən istehsal olunan məhsulların qiymətində ucuzlaşmaya səbəb oldu.

Fabrikdən bildirilib ki, dövlət başçısının tapşırığı bu sahədə sahibkarlığın inkişafı üçün böyük stimul yaradıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2481330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR