Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ötən il Balakəndə evə quldurluq məqsədilə girən 4 şəxsdən ikisi tutulub

Date: 16 January 2016 13:52

Məlumata görə, 2015-ci ilin noyabrın 18-də Balakən rayonunun Talalar kəndində yaşayan Xəlifə Yolçuyevin evinə açıq qalan qapıdan girən şəxsiyyəti məlum olmayan 4 nəfər (onlardan 3-ü maskada olub), onu və ailə üzvlərini bıçaqla hədələyərək pul vermələrini tələb edib, pul olmadığı bildirildiyindən oradan 1 ədəd mobil telefon və açar götürərək hadisə yerini tərk ediblər. 
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qullar kənd sakini Mübariz Yetimov və Bakı şəhər sakini Güləli Abdullayev tutulub, digərlərinin isə şəxsiyyəti müəyyən edilib.

Tags:  Ötən il Balakəndə evə quldurluq məqsədilə girən şəxsdən ikisi tutulub

RƏYLƏR


Top news