Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Balakəndə maskalı qarətçilər yaxalanıb

Balakəndə maskalı qarətçilər yaxalanıb

Maskalı şəxslər evdən 13 min manat apardılar (14 Fevral 2017 12:12)

Tarix: 16 Yanvar 2016 13:54

Balakən rayonunda yaşayış evinə basqın edən maskalı şəxslər yaxalanıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il noyabrın 18-də Balakən rayonunun Talalar kəndində yaşayan Xəlifə Yolçuyevin evinə açıq qalmış qapıdan girmiş şəxsiyyəti məlum olmayan 4 nəfər (onlardan 3-ü maskalı olub), onu və ailə üzvlərini bıçaqla hədələyərək pul tələb ediblər, pul olmadığı bildirildikdən sonra isə oradan 1 ədəd mobil telefon və açar götürərək hadisə yerini tərk ediblər.

 

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qullar kənd sakini Mübariz Yetimov və Bakı şəhər sakini Güləli Abdullayev yaxalanıb, digərlərinin isə şəxsiyyəti müəyyən edilib.


Teqlər:  Balakəndə maskalı qarətçilər yaxalanıb



RƏYLƏR


Top xəbərlər