İbrahimoviç: "PSJ-də tarix yazmışam"

İbrahimoviç: "PSJ-də tarix yazmışam"
14:05 16 Yanvar 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç yenə maraqlı fikirlər səsləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, isveçli forvard Paris klubunun tarixinə düşdüyünü deyib.

Yerli mətbuata danışan İbra tarix yazmaqda davam etdiyini bildirib: "PSJ-yə yeni gələndə bildirmişdim ki, bura tarix yazmaq üçün gəlmişəm. Fikrimcə, bunu bacardım. Artıq PSJ-nin tarixinə düşmüşəm. Lakin bu, hələ başa çatmayıb".
 
Qeyd edək ki, İbrahimoviç PSJ-yə 2012-ci ildə "Milan"dan keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/398514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR