Qeyri-qanuni yolla İrana keçməyə cəhd edən əcnəbilər saxlanılıb

Qeyri-qanuni yolla İrana keçməyə cəhd edən əcnəbilər saxlanılıb
14:13 16 Yanvar 2016
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya məqsəd­ləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, yanvarın 15-də saat 02:30 radələrində Yardımlı rayonu­nun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İrana keçməyə cəhd göstərən 9 nəfər Banqladeş və 1 nəfər Hindistan vətəndaşı saxlanıl­ıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2481340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR