"Prezidentin tapşırığı sahibkarlara stimul yaratdı"

"Prezidentin tapşırığı sahibkarlara stimul yaratdı"
14:21 16 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən verilən tapşırıq iş adamları üçün böyük dəstək oldu. Bu barədə Trend-ə "Karmen" makaron fabrikindən bildirilib.

Qeyd olunub ki, bu tapşırıqdan sonra unun qiyməti aşağı düşdü ki, bu da müvafiq olaraq fabrik tərəfindən istehsal olunan məhsulların qiymətində ucuzlaşmaya səbəb oldu.

Fabrikdən bildirilib ki, dövlət başçısının tapşırığı bu sahədə sahibkarlığın inkişafı üçün böyük stimul yaradıb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/398560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR