Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsi keçirilir - FOTO

Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsi keçirilir - FOTO

Date: 16 January 2016 14:17

Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

YAP sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov müşavirədə çıxış edərək ötən ilin ölkəmiz üçün uğurlu olması ilə bağlı fikirlərini bildirib. İl ərzində əldə olunan nailiyyətlərə diqqət çəkən Əli Əhmədov deyib ki, 2015-ci il partiyamız üçün də əlamətdar olub. İl ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb. Əli Əhmədov il ərzində ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

YAP sədrinin müavini vurğulayıb ki, müşavirədə yeni ildə qarşımızda duran vəzifələrdən, Yeni Azərbaycan Partiyasının atacağı addımlardan danışacağıq.

Müşavirədə YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak edib.

Milli.Az





Tags:  Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsi keçirilir FOTO

RƏYLƏR


Top news