Nalçikdə silahlı əməliyyat, 2 nəfər öldürüldü

Nalçikdə silahlı əməliyyat, 2 nəfər öldürüldü
14:31 16 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları şənbə günü səhər saatlarında Nalçikdə silahlılara qarşı xüsusi əməliyyat həyata keçiriblər.

ANS PRESS-in məlumatına görə keçirilən əməliyyat zamanı mühasirəyə alınmış silahlılar məhv edilib. Onlar polisə avtomat silahdan atəş açıblar.


Nalçikdə silahlılara qarşı xüsusi əməliyyat

Rusiya mətbuatı yazır ki, hazırda öldürülən silahlıların sayı dəqiqləşdirilir, hələlik onların sayı 2 -dir.Mənbədən o da bildirilir ki, federal qüvvələrə müqavimət göstərənlər məhv edilib. Xüsusi təyinatlılar arasında isə heç bir itki yoxdur.


Nalçik xəritədə


Xəbər verildiyi kimi, cümə günü Nalçik şəhərinin bir sıra küçələrində xüsusi rejim elan olunub. Sialkovskvo küçəsindəki fərdi evlərin birində gizlənmiş yaraqlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar, daha sonra hər iki tərəf arasında silahlı inident baş verib.

Tərəflərin apardığı danışıqlar quldurlardan birinin anasının küçəyə çıxması ilə nəticələnib. İlkin məlumata görə, hücum zamanı mənzilin 1979-cu il təvəllüdlü sahibi və daha bir yaraqlı məhv edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR