Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ" sabiq Almaniya çempionuna qarşı - YENİLƏNİR

"Qarabağ" sabiq Almaniya çempionuna qarşı -   YENİLƏNİR

Date: 16 January 2016 14:37

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Almaniyanın "Rot-Veyss Essen" klubu ilə oyunda sınayacaq.

Oyun "İC Santai" otelinin əsas meydançasında keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 19.30-da çalınacaq.

"Rot-Veyss Essen" klubu 1907-ci ildə yaradılıb. 1953-cü ildə Almaniya Kubokunu, 1955-ci ildə çempionluğunu qazanan klubu hazırda Regional Liqanın Qərb zonasında çıxış edib. Komanda cari mövsüm keçirdiyi 19 oyunda 24 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Antalyada daha 3 oyun keçirəcək. Yanvarın 20-də "Diosqiori" (Macarıstan) ilə qarşılaşacaq ağdamlılar ayın 23-də iki oyunda qüvvəsini sınayacaq. Qurban Qurbanov həmin gün yetirmələrini "Admira Vakker" (Avstriya) və "Yaqelloniya" (Polşa) ilə oyunlarda sınayacaq.

Antalya
Yoxlama görüşü
16 yanvar
 
19.30 Qarabağ (Azərbaycan) - Rot-Veyss Essen (Almaniya)
"İC Santai" otelinin əsas meydançası.

Fanat.az

Tags:  Qarabağ sabiq Almaniya çempionuna qarşı YENİLƏNİR


RƏYLƏR


Top news