Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Zirə"nin ilk imtahanı - YENİLƏNİR

"Zirə"nin ilk imtahanı -   YENİLƏNİR

Date: 16 January 2016 14:52

Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Adil Şükürov yetirmələrini Qazaxıstanın "Ordabası" klubu ilə oyunda sınayacaq.

Əvvəlcədən "Zirə"nin “Traktorsazi” ilə qarşılaşması planlaşdırılmışdı. Lakin Təbriz klubu Antalya toplanışından imtina etdiyindən, təmsilçimiz "Ordabası" ilə üzləşəcək. “Kaya” otelinin meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

"Ordabası" klubu 1998-ci ildə bu adı daşıyır. Klubun ilk uğurunu 1992-ci ildə ölkə çempionatının gümüş medallarına sahib çıxmaqla qazanıb. Həmin vaxt klub "Arsenal-SKIF" adlanıb. Qazaxıstanın Çimkənd şəhərini təmsil edən klub 2011-ci ildə ölkə kubokunu, 2012-də Super Kubokunu qazanıb. Komanda son mövsümü ölkə çempionatının 4-cü pilləsində başa vuraraq Avropa Liqasına vəsiqə əldə edib.

Qeyd edək ki, "Zirə" Antalyada daha iki oyun keçirəcək. Yanvarın 19-dan Almaniyanın "Optik" klubu ilə qarşılaşacaq debütant 3 gün sonra "Tarqu-Mureş"lə (Rumıniya) üz-üzə gələcək.

Antalya 
Yoxlama görüşü
16 yanvar
 
19.00. Zirə (Azərbaycan) - Ordabaşı (Qazaxıstan)
“Kaya” otelinin meydançası.

Fanat.az

Tags:  Zirənin ilk imtahanı YENİLƏNİR

RƏYLƏR


Top news