Evdən oğurluq edənlərdən ikisi həbs edildi

Evdən oğurluq edənlərdən ikisi həbs edildi
14:52 16 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə evə quldurluq məqsədi ilə girən 4 şəxsdən ikisi tutulub.

Milli.Az Report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, 2015-ci ilin noyabrın 18-də Balakən rayonunun Talalar kəndində yaşayan Xəlifə Yolçuyevin evinə açıq qalan qapıdan girən şəxsiyyəti məlum olmayan 4 nəfər (onlardan 3-ü maskada olub), onu və ailə üzvlərini bıçaqla hədələyərək pul vermələrini tələb edib, pul olmadığı bildirildiyindən oradan 1 ədəd mobil telefon və açar götürərək hadisə yerini tərk ediblər. 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qullar kənd sakini Mübariz Yetimov və Bakı şəhər sakini Güləli Abdullayev tutulublar, digərlərinin isə şəxsiyyəti müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/398559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR