Son manatınızı dollara çevirməyin, banklara xeyir verirsiniz - EKSPERT RƏYİ

Son manatınızı dollara çevirməyin, banklara xeyir verirsiniz - EKSPERT RƏYİ
14:58 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda üzən məzənnəyə keçiddən sonra valyuta bazarında yaranmış ajiotaj süni xarakter daşıyır. Bu vəziyyətin yaranmasının obyektiv səbəbi bazarda tələbin təklifi qat-qat üstələməsidir. Amma tələbin artmasında subyektiv amillər də mühüm rol oynayır. Vəsaitlərini devalvasiyanın nəticələrindən qorumaq istəyən vətəndaşlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə axın edərək dollar almağa başlayıblar. Bu prosesi obyektiv adlandıranlar da var, amma paradoks ondan ibarətdir ki, əksər hallarda insanlar özlərinin son çörək pulunu belə dollara çevirib.

 

İqtisadçı Ekspert Nicat Hacızadə də belə düşünür: "Hazırda ölkədə manat-dollar tənzimlənməsində əhali arasında ajiotaj var. Amma əslində əhali bilməlidir ki, manat üzən məzənnə sistemindədir. Yəni artıq  Mərkəzi Bankın müdaxilə etmək hüququ yoxdur. İndi bazarda manat dəyərsizləşir və dollar dəyərə minir, bu vəziyyəti yaradan əhali özüdür. Yəni əhali gedib nə qədər dollar alacaqsa, bilməlidir ki, manat da bir o qədər zəifləyəcək. Eyni zamanda elə o qədər də məhsulların qiyməti qalxacaq”.

 

Ekspert hesab edir ki, vətəndaşlar çoxlu miqdarda dollar almaqla əslində özünün düşdüyü vəziyyəti daha da ağırlaşdırır: “Çoxlu dollar almaqla əslində özümüz-özümüzə quyu qazırıq. Məhsulların qiymətinin qaldırılmasında, dolların kursunun daha da möhkəmlənməsində bizim aldığımız dollarların xüsusi rolu var. İqtisadiyyatda belə termin mövcuddur ki, nəyə çox tələb varsa, o bir qədər də dəyərə minər. Dollara da bir məhsul kimi baxsaq, qiymətli kağız kimi baxsaq, onu nə qədər dəyərləndirsək, milli valyutamız o qədər zəiflədəcək”.

 

Dollarla əmanət yığımı yalnız uzunmüddətli perspektivdə effekt verir. Bu gün aldığı 500 manat maaşı aparıb gündəlik kursla dollara çevirənlər isə əslində maddi olaraq uduzurlar və bu prosesdən qazanan dollar alanlar deyil, banklar olur. Sadə bir misal çəkək. Məsələn, vətəndaş 500 manat maaş alır və onu dərhal indiki kursla dollara çevirir. Bu zaman həmin şəxsin əlində təxminən 300 dollar olur. Amma vətəndaş gündəlik istehlak mallarını, ərzaq və qeyri-ərzaq məhsullarını dollarla almır. Manatı qalmadığından o 3-5 gün sonra yenidən aldığı dolları manata çevirməyə məcbur qalır. Bu zaman o, 300 dolları bankları alış kursu ilə 470 manata satır və 30 manat zərərdə olur. İtirən ajiotaja uyub son qəpiyini dollara çevirən vətəndaş, qazanan isə yenə banklardır.

 

Nicat Hacızadə qeyd edir ki, indiki situasiyada qara bazardan dollar almış vətəndaşlar daha çox ziyana düşürlər: “Qanuni inhisarda olmayan, yəni dövlət tərəfdən tənzimlənməyən xüsusi azad sahibkarlar vasitəsi ilə ölkəyə gətirilən idxal məhsullarının qiyməti də əhalinin dəyişdiyi miqdar dərəcəsində dəyişəcək. Onsuz da əhali bu məhsulları dollarla almayacaq. Məcburi halda aldığınız dolları manata çevirəcəksiniz. Yəni ölkə daxilində qanunvericiliyə uyğun olaraq istənilən alqı-satqı manat şəklində olmalıdır. Siz nə qədər dollar yığsanız belə, onu sonra məcburən manata çevirəcəksiniz. Digər tərəfdən əhali bilməlidir ki, qara bazadan dollar almağa üstünlük verməməlidir. Çünki bunu edənlər bu gün üçün artıq müəyyən itkilərlə üzləşiblər.  Bu gün əgər dolların məzənnəsi 1.60-1.64 arasında dəyişirsə, insanlar isə gedib qara bazardan dolları 1.80 manat kursu ilə alırsa, bəri başdan bir dollarda 20 qəpik, 100 dollarda 20 manat ziyana düşür”.

 

Ekspert dolların kursunun stabilləşməsi üçün müəyyən addımlar atıldığını, bazarda ajiotajın aradan qalxdığını, qara bazardan yüksək kursla dollar alanların isə artıq ziyana düşdüyünü deyib: “Əhali anlamalıdır ki, bu qədər dollar alıb yığmağın elə bir ciddi mənası yoxdur. Artıq Azərbaycan Dövlət Neft Fondu tərəfindən dolların satışı başlayıb. Deməli, bizim dollar ehtiyatımız artır. Bu isə o deməkdir ki, uzun müddətli dövrdə bu məzənnə 1.60 arasında dəyişəcək. Əgər siz dolları 1.80-dən almısınızsa və təcili olaraq qısa müddətdə dolları manata dəyişmək məcburiyyətində qalacaqsınızsa, bu, böyük itiklərlə nəticələnəcək. Çünki əhali baş verənləri proqnozlaşdıra bilməz. Əgər üçüncü devalvasiya həyəcanının yaşanması həm Mərkəzi Bankın ehtiyatlarının azalması, həm də dünya bazarında neftinin qiymətinin aşağı düşməsi ilə birbaşa bağlıdır. Bunun nəticəsində ölkəyə valyuta ehtiyatı daha az daxil olur. Bu zaman mümkün idi ki, manat bir qədər də zəifləsin. Dövlət Neft Fondunun banklara dollar satması bu məsələni bir qədər ləngitdi. Ona görə də əhaliyə izah etmək lazımdır ki, qara bazara yaxınlaşmasın”.

 

Qeyd edək ki, Dövlət Neft Fondu bu həftə ərzində iki dəfə hərrac yolu ilə banklara ümumilikdə 500 milyon dollar satıb. Bazarda dollar kütləsinin artması təkliflə tələbi tarazlaşdırıb və valyutaların kursları nisbətən stabilləşməyə başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17

115 kq çəki atan qadın inanılmaz hala düşdü

20 Avqust 2017 21:14

Ramil Quliyevdən növbəti çempionluq

20 Avqust 2017 21:04

"Təmkin yeganə qəhrəman deyil" - Ayxan Abbasov

20 Avqust 2017 20:57

"Instagram"-da vacib yenilik

20 Avqust 2017 20:55

Norveçdə muzeydən Vikinqlər dövrünə aid 400 əşya oğurlandı

20 Avqust 2017 20:48

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

20 Avqust 2017 20:47

"Sahil" stansiyası bu gündən bağlanır

20 Avqust 2017 20:41

Daşqınlar 700 can aldı

20 Avqust 2017 20:34

5G şəbəkəsi genişlənir

20 Avqust 2017 20:33

Suriya müxalifəti Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq

20 Avqust 2017 20:32

Düyü ilə orqanizmin təmizlənməsi

20 Avqust 2017 20:28

Monika yenə də təəccübləndirdi - FOTOLAR

20 Avqust 2017 20:18

Ramil Quliyevdən növbəti qələbə

20 Avqust 2017 20:10

Oğuzda ağır qəza: 3 ölü, 4 yaralı

20 Avqust 2017 20:09

Yerə səfər etmiş ən qədim yadplanetlinin skeleti aşkarlandı - FOTOLAR

20 Avqust 2017 20:03

Azərbaycanda yeni nazir təyin edildi

20 Avqust 2017 19:57

Oğuzda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

20 Avqust 2017 19:53

Oğuzda ağır yol qəzası: 3 nəfər öldü, 4-ü isə yaralandı

20 Avqust 2017 19:52

"Zirə"nin baş məşqçisi: "Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq"

20 Avqust 2017 19:47

Tanınmış iş adamı xəstəxanaya aparıldı

20 Avqust 2017 19:39

İraq Təlafər üzərinə hücuma keçib

20 Avqust 2017 19:38

Bəşəriyyət üçün QORXUNC SSENARİ: Dünya təhlükə ALTINDA

20 Avqust 2017 19:28

Vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 19:23

Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - FOTO - VİDEO

20 Avqust 2017 19:18

1 nəfər dənizdə batdı

20 Avqust 2017 19:14

Dünyanın ən iyrənc yeməyi - VİDEO

20 Avqust 2017 19:08

Fransada keçirilən festivalda Firəngiz Əlizadənin əsərləri nümayış etdirilib

20 Avqust 2017 19:07

Sena çayından kişi meyiti tapıldı

20 Avqust 2017 18:59

Əsgərlər ölmədən öncə niyə bu qadını görürdülər? - FOTO

20 Avqust 2017 18:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib

20 Avqust 2017 18:52

Ağır atletika yığmamızın sabiq üzvü vəfat edib

20 Avqust 2017 18:48

Ermənistan prezidenti Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş cinayətkarı əfv edəcək

20 Avqust 2017 18:47

ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var

20 Avqust 2017 18:43

Cüdoçumuz Universiadada Azərbaycana ilk qızıl medalı qazandırdı

20 Avqust 2017 18:35

"Terrorçuların arasında olanla bizim üçün terrorçudur" - Ərdoğan

20 Avqust 2017 18:33

CAR-da avtobus körpüdən aşdı

20 Avqust 2017 18:30

Dünya çempionu küçə davasında öldürüldü - VİDEO

20 Avqust 2017 18:29

Totti bacarığı ilə hamını heyrətləndirdi

20 Avqust 2017 18:17

İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır

20 Avqust 2017 18:13

Portuqaliyada vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 18:12

Rusiyalı dünya çempionunu bu azərbaycanlı öldürüb

20 Avqust 2017 18:09

İraqın ərazi sularında iki gəmi toqquşub, ölənlər var

20 Avqust 2017 17:58

Rus terrorçu anasını hədələdi

20 Avqust 2017 17:58

Bu ölkədə daşlar bala verir - FOTOLAR

20 Avqust 2017 17:48

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

20 Avqust 2017 17:43

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

20 Avqust 2017 17:38

Ona bir də indi baxın - ailəsi tərəfindən zibilliyə atılmışdı - FOTO

20 Avqust 2017 17:38

Rusiyanın pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib

20 Avqust 2017 17:37

Dünya çempionunu küçədə belə öldürdülər

20 Avqust 2017 17:28