Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şirkət direktoru: Azərbaycanda regionlar kənd təsərrüfatı üzrə ixtisaslaşdırılmalıdır

Şirkət direktoru: Azərbaycanda regionlar kənd təsərrüfatı üzrə ixtisaslaşdırılmalıdır

Date: 16 January 2016 15:18

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda regionların kənd təsərrüfatı üzrə ixtisaslaşmasını tətbiq etməyə ehtiyac var. Bunu Trend-ə “Qarabag-taxıl” şirkətinin direktoru Rəcəb Orucov deyib.

Onun sözlərinə görə, məsələn, Lənkəranda sitrus meyvələri yetişdirilir və bu meyvələrə böyük tələbat var: “Yəni, Lənkəranda pomidor və ya taxıl yetişdirilməsinə ehtiyac yoxdur”.

R.Orucov əlavə edib ki, əkin zamanı mövsüm mədəniyyətinə də əməl etmək lazımdır: “Bir zamanlar pambığın məhsul dövriyyəsindən çıxarılması mənfi nəticələrə gətirib çıxarmışdı. İyuldan sonra əkin sahələri faktiki olaraq boş qalırdı və isti hava torpaqların şoranlaşmasına gətirib çıxarırdı. Lakin təkrar əkinlə bağlı dövlət subsidiyaları haqqında qərar fermerlər və kənd təsərrüfatı üçün bir stimul oldu”.

R.Orucov hesab edir ki, ilk növbədə Azərbaycanda taxıl istehsalını inkişaf etdirmək lazımdır: “Bu, həmçinin heyvandarlıq üçün yem idxalının da azalmasına səbəb olar”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Şirkət direktoru Azərbaycanda regionlar kənd təsərrüfatı üzrə ixtisaslaşdırılmalıdır

RƏYLƏR


Top news