"O fikirlərin heç biri mənə məxsus deyil" - Kənan M.M

"O fikirlərin heç biri mənə məxsus deyil" -  Kənan M.M
15:24 16 Yanvar 2016
102 Şou
Ölkə mətbuatı
A- A+

Rejissor Kənan M.M. bir neçə gün əvvəl yayılan "Azərbaycan tək məmurlara, müğənnilərə məxsus deyil" başlıqlı müsahibəsinə münasibət bildirib.

Axşam.az-a açıqlama verən rejissor bu ifadələrin ona aid olmadığını deyib:

"Bir neçə ay bundan əvvəl sosial şəbəkədə "Toxun acdan xəbəri olmaz" statusu yazmışdım. Bundan artıq bir kəlmə yazmamışam. Onu heç nəyə aid etməmişdim. Mən deputatam, maliyyə naziriyyəm? Mən niyə dolların qalxmasına qarışım? O fikirlərin heç biri mənə məxsus deyil. Bundan sonra status yazmağa da tövbə etmişəm".

Kənan M.M. hazırda başının yeni filminə qarışdığını deyib:

"Mənim başım öz yaradıcı işlərimə qarışıb. "Qayıdış" adlı yeni film çəkirəm. Anar Heybətov, Günəş Mehdizadə, Samir Qulamov və mən rol almışam. Operatoru Nadir Mehdiyevdir. Musiqisini isə Nailə Mirməmmədli bəstələyib".

Qeyd edək ki, yayılan xəbərdə rejissorun bu sözləri dediyi iddia olunmuşdu:

“Çox pis olacaq. Yaxşı heç nə olmayacaq. Ana var ki, südü kəsilib və bu gündəlik övladına marketdən alınma yeməklər verməlidir. Uşağın bu riyazi rəqəmlərdən xəbəri yoxdu, onun bir istəyi var, yemək. Düşündükcə dəli oluram. Öz yerimə yox, imkansız insanların yerinə... “Dollar qalxdı, əcəb oldu” deyən insanlar elə düşünür. Çünki insani keyfiyyətləri ora kimidir. Toxun acdan heç vaxt xəbəri olmayıb. Amma mən düşünürəm ki, dövlət buna bir tədbir görəcək və görməlidir. Azərbaycan tək məmurlara məxsus deyil... Azərbaycan tək idmançılara məxsus deyil... Azərbaycan tək müğənnilərə məxsus deyil... Azərbaycan hamımızın Vətənidir".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR