"Bunun faydasını futbolçular çempionatda görəcəklər"

"Bunun faydasını futbolçular çempionatda görəcəklər"
15:32 16 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

"Bir həftəlik məşq planı ilə işləyirik. Əsasən fiziki hazırlığa üstünlük veririk. Şəraitimiz çox yaxşıdı. Həm baza, həm də meydançalar normaldı". Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədov deyib. 

Gənc mütəxəssis klubun rəsmi saytına komandasının Yevlaxdakı təlim-məşq toplanışını dəyərləndirib: “Düşünürəm ki, burda keçdiyimiz hazırlıq bizə çox şey verəcək. Çünki uşaqlar bütün günü bir yerdədilər, səylə məşq edirlər, bütün diqqət futbola və hazırlığa yönəlib. Bunun faydasını futbolçular çempionatda görəcəklər”.

Azər Məmmədov gələcək planlardan da danışıb. O, çempionatın startına kimi komandanın iki yoxlama oyunu keçirəcəyini sözlərinə əlavə edib. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbunun-faydasn-futbolcular-cempionatda-gorcklrquot-t46840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR