Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Siyəzən Broyler” ASC: Məhsullarımızda qiymət artımı olmayacaq

“Siyəzən Broyler” ASC: Məhsullarımızda qiymət artımı olmayacaq

Date: 16 January 2016 15:33


Siyəzən, 16 yanvar, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın ən böyük quş əti istehsalçılarından olan “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məhsullarının qiymətlərində artım olmayıb.
Bu barədə AZƏRTAC-a “Siyəzən Broyler” ASC-nin idarə heyətinin sədri Oqtay Hüseynov məlumat verib. Dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına ciddi əməl etdiklərini deyən O.Hüseynov müəssisədə istehsal olunan quş ətinin qiymətlərinin manatın devalvasiyasından əvvəl olduğu kimi saxlanıldığını diqqətə çatdırıb: “Qiymətlərdə dəyişiklik yoxdur. Heç buna lüzum da yaranmayıb. Elə indicə bütün quş əti və quşçuluq məhsulları istehsalı ilə məşğul olan şirkətlərin rəhbərlərinin iştirak etdiyi müşavirədən qayıtmışam. Qiymətlərin qalxmaması ilə bağlı tövsiyə bütün müəssisə nümayəndələri tərəfindən razılıqla qarşılandı.”
İdarə heyətinin sədri bildirib ki, hazırda müəssisədə istehsal olunan toyuq ətinin bir kiloqramının topdansatış qiyməti 2,4 manatdır.
Bir çox çeşiddə quş əti istehsal edən müəssisənin fəaliyyəti bütün sanitar, baytar və gigiyenik normalara cavab verməklə, müasir tələblərə və dünya standartlarına uyğun qurulub. İstehsal prosesində ən müasir avadanlıqlardan istifadə olunur. Gündəlik istehsal olunan məhsul baytarlıq müayinəsindən keçir və baytarlıq sertifikatı verilir.
Siyəzəndə yerləşən bu quşçuluq fabriki 1986-cı ildə istifadəyə verilib. 2000-ci ildən etibarən “Siyəzən Broyler” fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlayıb.










Tags:  Siyəzən Broyler ASC Məhsullarımızda qiymət artımı olmayacaq


RƏYLƏR


Top news