Şirkət direktoru: "Azərbaycanda regionlar kənd təsərrüfatı üzrə ixtisaslaşdırılmalıdır"

Şirkət direktoru: "Azərbaycanda regionlar kənd təsərrüfatı üzrə ixtisaslaşdırılmalıdır"
15:47 16 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda regionların kənd təsərrüfatı üzrə ixtisaslaşmasını tətbiq etməyə ehtiyac var. Bunu Trend-ə "Qarabag-taxıl" şirkətinin direktoru Rəcəb Orucov deyib.

Onun sözlərinə görə, məsələn, Lənkəranda sitrus meyvələri yetişdirilir və bu meyvələrə böyük tələbat var: "Yəni Lənkəranda pomidor və ya taxıl yetişdirilməsinə ehtiyac yoxdur".

R.Orucov əlavə edib ki, əkin zamanı mövsüm mədəniyyətinə də əməl etmək lazımdır: "Bir zamanlar pambığın məhsul dövriyyəsindən çıxarılması mənfi nəticələrə gətirib çıxarmışdı. İyuldan sonra əkin sahələri faktiki olaraq boş qalırdı və isti hava torpaqların şoranlaşmasına gətirib çıxarırdı. Lakin təkrar əkinlə bağlı dövlət subsidiyaları haqqında qərar fermerlər və kənd təsərrüfatı üçün bir stimul oldu".

R.Orucov hesab edir ki, ilk növbədə Azərbaycanda taxıl istehsalını inkişaf etdirmək lazımdır: "Bu, həmçinin heyvandarlıq üçün yem idxalının da azalmasına səbəb olar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/398574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR